big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Əfran İsmayılov: “Gələcək arzularımın üstündən xətt çəkdim” (MÜSAHİBƏ)

09.04.2013 , 09:31

Yığma komandanın və “Qarabağ” klubunun üzvü Əfran İsmayılovun müsahibəsi:
 
Topaz Premyer Liqasının son turunda turnir cədvəlinə başçılıq edən “Neftçi” ilə qarşılaşdız və baş məşqçi Qurban Qurbanovun təbilincə desək, hazırda ölkənin ən güclü komandasını məğlub etdiniz. Bu görüşlə bağlı fikirlərini öyrənmək maraqlı olardı?
 – Əvvəlcədən də bu görüşün maraqlı və gərgin keçəcəyini bilirdik. Çünki Azərbaycanın iki ən güclü klubu qarşılaşırdı və bir növ derbi oyununa çıxmışdıq. Qurban müəllimin dediyi kimi biz ölkənin hazırda ən güclü klubuna qarşı mübarizə apardıq və layiqli qələbə qazandıq. Ümumiyyətlə Neftçi” “Qarabağ” oyunu həmişə böyük maraqla qarşılanıb. İstər azarkeşlik baxımından istər oyun, prinsipiallıq baxımından hər zaman diqqət mərkəzində olub. Mən deyərdim ki, son illərdə “Neftçi” həqiqətən də çox güclü bir komandaya çevrilib. İki il dalbadal çempion oldular, bu mövsüm onlar üçün və Azərbaycan futbolu üçün çox əlamətdar oldu. Çünki futbolumuzu Avro Liqada təmsil etdilər. Təbii ki, bu cür güclü klubu məğlub etmək bizə növbəti oyunlar üçün əlavə stimul verdi. Amma bu oyun və bu qələbə artıq geridə qaldı. Çünki qarşıda bizi 7 oyun gözləyir və indidən də bu qələbəyə görə çempionluq arzusu ilə yaşamaq da bir qədər doğru olmazdı. Təbii ki, bir şeyi arzulamaq, məqsədə çatmağın yarısıdır ancaq hələ ki, işləmək lazımdır.
 
– Vaqif Cavadovla söhbətimiz zamanı belə bir fikir söyləmişdi ki, Azərbaycanda hücumçuların qeyri-məhsuldar olmalarının bir səbəbi də yarımmüdafiə xəttinin hücuma nisbətən zəif olmasıdır. Bir yarımmüdafiəçi olaraq bu fikrə münasibətin necədir?
 – Bu fikirlə mən razı deyiləm. Mənə elə gəlir ki, hazırda Azərbaycan futbolunun ən böyük problemi hücum xəttidir. Sayılası yaxşı hücumçularımız olduqca azdır. Məsələn Rauf Əliyev, Vaqif Cavadov və.s. Ancaq mən də daxil olmaq şərtilə, hazrda elə bir yaxşı nəticə göstərmirlər. Doğrudur, mən yarımmüdafiəçiyəm, ancaq hücuma meyilli oynayıram, qol vurmaq mənim də vəzifəmdir. Bununla belə mən deməzdim ki, bizdə yarımmüdafiə zəifdir, əksinə yarımmüdafiənin hücumçulara verdiyi pasları onlar lazımınca dəyərləndirə bilmirlər. Ancaq Avropa futbolu belə deyil, hücumçular əllərinə düşən şanslardan maksimum şəkildə istifadə etməyi bacarırlar. 
 
– Əfran İsmayılovun futbola gəlişi bir qədər maraqlı olub. Müəyyən vaxta qədər digər bir sahəyə getmək istəyən adam, birdən fikrini dəyişir və futbolçu olur. Bu barədə biraz geniş məlumat almaq istərdim?
 – Doğrudur, valideynlərim məni tamamilə başqa bir sahədə görmək istəyirdilər. Mənim universitetə daxil olub, tələbə olmağımı arzulayırdılar və buna görə də futbol oynamağıma qarşı çıxırdılar. Mənim də həmin zaman yaşım elə də çox deyildi və valideynlərimin dedikləri ilə razılaşmaq məcburiyyətində idim. Ona görə də bir növ öz gələcək arzularımın üstündən xətt çəkdim və təhsilimə fikir vermməyə başladım, futbol artıq mənim üçün ikinci planda qalırdı. 1-2 il demək olar ki, futbol oynamadım. Bir dəfə məhəlləmizdə futbol oynayarkən dostlarım mənə belə bir təklif etdilər ki, “Qarabağ” klubunda seçim var, gedək bir bəxtini sına. Ancaq mən razı olmadım və futbolun mənim üçün bitdiyini söylədim. Lakin sağ olsunlar onlar öz qərarlarında israrlı oldular. Birinci atamın yanına getdilər, daha sonra dayıma müraciət etdilər. Dayım da məni götürüb, həmin seçimlərə gətirdi. Və belə çıxır ki, mən özümü həmin seçimlərdə yaxşı tərəfdən göstərmiş oldum. Ancaq yenə deyirəm professional futbolçu olmaq arzularımı o ana qədər unutmuşdum və II olmasa da, III ixtisas qrupu üzrə oxumaq istəyirdim. Futbol ilə də təhsil heç vaxt tutmur, gərək ikisindən birini seçəsən.
 
– Bir çoxları səni sürətinə, oyun tərzinə görə bir vaxtlar Azərbaycan futbolunun “qızıl oğlan”ı adlandırılan Zaur Tağızadəyə bənzədirlər. Özün belə bir oxşarlıq hiss edirsənmi?
 – Zaur Tağızadə Azərbaycan futbolunda iz qoymuş bir futbolçudur. Hazırda “Qarabağ”da məşqçilik edir. İlk növbədə onu deyim ki, Zaur Tağızadə olduqca yaxşı insandır. Hər zaman mənə öz köməyini göstərir, məsləhətlərini verir. O ki, qaldı onun sürətinə Azərbaycanda hələ onun sürətinə çatacaq 2-ci bir futbolçu yoxdur. Məndə də həmin sürət yoxdur. Ona görə də Zaur qədər də olmasam da ona yaxın olan bir oyun nümayiş etdirim.
 
– Bir vaxtlar Vaqif Cavadov “Tvente”yə transfer oldu, indi də Ruslan Abışov “Rubin” forması geyinir. Ancaq əsas heyətə düşməkdə çətinlik çəkir. Necə düşünürsən, bizim futbolçularımız legioner həyatı yaşayanda niyə əsas heyətə düşüb, orada möhkəmlənə bilmirlər. Yəni bu belə də davam edəcək futbolçularımız arabir xarici klublara transfer olunacaqlar və oynamayıb geri qayıdacaqlar?
 – Bu da futbolumuzun problemlərindən biridir. Futbolçularımızın əllərinə şans düşür, xarici klublara transfer olunurlar ancaq heyətə düşməkdə çətinlik çəkirlər. Mən özüm legioner həyatı yaşamadığıma görə bunun səbəblərini dəqiq deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, Vaqif “Tvente”yə getdi və zədələndi 6-7 ay futbolsuz qaldı və buna görə geri qayıtdı. Ruslana gəldikdə isə o, hələ təzə gedib “Rubin”ə. Onun şansı olacaq əsas komandada çıxış etmək üçün lakin durmadan öz üzərində işləməli və baş məşqçinin etimadını doğrultmalıdır. Bundan əlavə, bildiyimə görə “Rubin”in baş məşqçisi Qurban Berdiyev mövsümün sonunda komandanı gəncləşdirəcək və bir çox futbolçu ilə yollarını ayıracaq. Elə bu səbəbdən Ruslanın əsas heyətə düşməyi üçün yaxşı şans yarana bilər. 
 
– Məlum hadisədən sonra Araz Abdullayev “Neftçi” nin heyətində “Qarabağa” qarşı əsas heyətdə oyuna çıxdı və sona qədər də mübarizə apardı. Arazın həmkarı kimi necə fikirləşirsən, Araz həmin oyunda oynamalı idi?
 – Arazın başına gələn hadisə olduqca arzuolnmaz bir hadisədir. Bu nəinki bir futbolçunun, adi bir insanın da başına gələ bilər. Təbii ki, hər iki tərəf üçün faciədir. Ancaq bununla belə həyat davam edir. Həm də Araz psixoloji baxımdan güclü bir insan olduğunu nümayış etdirdi. Sözsüz ki, olanlar ona çox pis təsir etmişdi buna baxmayaraq, o, özünü toparladı və oyuna çıxdı. Mən olsaydım, bəlkə də mən özümə belə tez bir zamanda gələ bilməzdim ancaq Araz bunun öhdəsində gəldi. O ki, qaldı onun oyuna buraxılmasının nə dərəcədə düzgün olub olmamasına bu artıq klub rəhbərliyinin, məşqçilərin verəcəyi bir qərardı bu qərara da mən hörmətlə yanaşıram.
 
– Əgər “Neftçi” mövsümün sonunda çempion olsa və israrla səni transfer etmək istəsə hansı qərarı verəcəksən?
 – Mən mövsümün ortasında demək olar ki, “Neftçi”yə gedirdim artıq bütün razılıqlar əldə olunmuşdu, sadəcə qalırdı imza atmaq. Lakin imzaya bir gün qalmış Qurban müəllimlə söhbətim oldu və o, mənim hələ komandaya lazım olduğumu bildirdi ona görə də mən klubumu yarı yolda qoymaq istəmədim və “Qarabağ”da qaldım. Buna görə də heç peşman deyiləm, çünki “Qarabağ” mənə çox şey bəxş edib. Bu klubun haqqını sona qədər vermək lazımdır. Ümumilikdə götürsək, mövsümün sonunda “Qarabağ”la müqaviləm başa çatır. Yalnız bundan sonra mən gələn təklifləri dəyərləndirib öz qərarımı verəcəm.
 
– Bəs, “Çempionlar Liqa”sında favoritin hansı komandadır?
 – “Borusiya Dortmund”un bu il oynadığı futbola heyran olmuşam. Onların oyun tərzi, taktikası, hər oyun üçün hazırladıqları plan, bunlar hamısı məni futbolçu kimi çox maraqlandırır. Ona görə də “Borusiya”nın bu il final oynayacağına inanıram və həm də bunu çox istəyirəm. Mənə elə gəlir ki, onların il boyu çəkdikləri əziyyətlərin məntiqi nəticəsi məhz elə final oynamaqları olar.

qafqazinfo

Son yazılar

To Top