“Qəbələ”də ayrılıq
19.04.2024 , 13:37

“Qəbələ” İdman Klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
Korner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
