“Qəbələ”də ayrılıq
03.07.2023 , 12:40

“Qəbələ” futbolçusu Rafael Utziqlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu brədə klubun mətbuat xidməti məlumat yayıb.
Cənubi amerikalı legionerin müqaviləsinin müddəti başa çatıb.
2020-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Utziq üç mövsüm ərzində 94 matç keçirib. O, bu oyunlarda 18 qol vurub.
