“Qəbələ” klubu bəyanat yayıb. Korner.az-ın klubun saytına istinadən xəbərinə görə, əyalət təmsilçisi Kapital Bank U-16 liqasında dünən “Bakı” ilə yarımfinal mərhələsinin cavab oyunundan sonra baş verən hadisələrdən təəssüfləndiyini bəyan edir.
“Qəbələ” Futbol Klubu olaraq baş verən hadisələrə görə, oyunun hakimlərindən, rəqibdən və bütün futbol ictimaiyyətindən üzr istəyir, hadisələrdə iştirak edən klub əməkdaşlarının ən yaxın vaxtda cəzalanacağını bəyan edirik”.
Bəyanatın sonunda bildirilir ki, çıxarılacaq qərarlarla ictimaiyyət tanış ediləcək.
