“Səbail” “Zirə”yə məğlub oldu
19.08.2023 , 21:56

Bu gün Azərbaycan Premyer Liqasında III turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Qəbələ” azarkeşləri önündə “Sumqayıt”ı qəbul edib və 1:2 hesabı ilə uduzub. Lider “Zirə” isə “Səbail” səfərinə yollanıb və 2:1 hesablı qələbə qazanıb.
Turun ilk oyununda “Turan Tovuz” Gəncədə “Kəpəz”i məğlub edib.
Azərbaycan Premyer Liqası
III tur
19 avqust
18:00 Qəbələ – Sumqayıt – 1:2
Baş hakim: Kamranbəy Rəhimov
20:00 Səbail – Zirə – 1:2
Baş hakim: İnqilab Məmmədov
