“Neftçi” və “Qəbələ”dən qələbə
18.02.2023 , 19:30

Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu baş tutub.
Korner.az xəbər verir ki, ilk matç Qəbələdə olub. Elmar Baxşıyevin rəhbərlik etdiyi yerli komanda burada “Sumqayıt”la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
Turnir cədvəlində üçüncü sırada qərarlaşan “Neftçi”nin rəqibi “Səbail” olub və 3:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXIII tur
18 fevral
15:00. “Qəbələ” – “Sumqayıt” – 2:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” – “Səbail” – 3:0
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”.
