“Qəbələ” səfəri öncəsi “Kəpəz”də ciddi itkilər
26.04.2024 , 14:51

Azərbaycan Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Kəpəz” bu oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az-a daxil olan məlumata görə, Gəncə klubunun heyətində Georgi Papunaşvili və Amil Yunanov zədə səbəbindən Qəbələ səfərindəki qarşılaşmanı buraxacaq.
Qeyd edək ki, matç aprelin 28-də keçiriləcək.
