“Qarabağ” qalib gəldi, “Neftçi”dən darmadağın
05.03.2023 , 21:24

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
Lider “Qarabağ” səfərdə “Qəbələ”nin qonağı olub. 4 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb.
Turun son oyunu “Bakcell Arena”da keçirilib. “Neftçi” burada “Turan Tovuz”u darmadağın edərək üç xal əldə edib.
Azərbaycan Premyer Liqası
XXV tur
5 mart
Qəbələ – Qarabağ – 1:3
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Teymur Teymurov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 17:00
Əvvəlki oyunlar: 0:1, 0:1
Neftçi – Turan Tovuz – 4:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bakcell Arena”, 19:30
Əvvəlki oyunlar: 0:0, 1:0
