“Qəbələ” – “Omoniya” matçının biletləri satışda
23.07.2023 , 15:46

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 27-də keçiriləcək “Qəbələ” – “Omoniya” matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.
Görüş saat 20:00-da başlayacaq. Cavab matçı bir həftə sonra Kiprdə oynanılacaq.
