U-13 Liqasının 2011-2012-ci il mövsümünə yekun vurulub. Korner.az-ın məlumatına görə, Liqanın son oyunları Şağan Olimpiya İdman Kompleksində keçirilib.
III yer uğrunda qarşılaşmada "Neftçi" 2:0 hesabı ilə "Buzovna Bələdiyyəsi" komandasını məğlub edib. Finalda isə "İnter" və "Qəbələ" komandaları qarşılaşıb.
Oyunda hesab açılmadığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən "Qəbələ" komandası 3:0 hesabı ilə qələbə qazanaraq U-13 Liqasının 2011-2012-ci il mövsümünün qalibi olub.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.