26 may 2012-ci il tarixində Kapital Bank U-15 Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş “Bakı” – “Qəbələ” oyunundan sonra baş vermiş hadisələrlə əlaqədar olaraq “Qəbələ” PFK qərar qəbul edib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, məşqçi Hüseynqulu Quliyev vəzifəsindən uzaqlaşdırılıb.
Digər məşqçilər Famil Xəlilov, Sərdar Qafarov və Teymur Musayev klubun daxili intizam qaydalarına əsasən cəzalandırılır, ciddi xəbərdarlıq edilib.