“Qəbələ” klubu əvəzedici heyətin baş məşqçisi Daril Villardla yollarını rəsmən ayırıb.
Korner.az-ın məlumatına görə, 2010-cu ildən “Qəbələ”də fəaliyyət göstərən ingiltərəli mütəxəssis 64 oyunda komandaya rəhbərlik edib. Villard əvəzedici heyətlə 2 dəfə Azərbaycan çempionatının mükafatçısı olub. Onun yetirmələri 2010/2011 mövsümündə bürünc, 2011/2012 mövsümündə isə gümüş medallara sahib çıxıb.