PSJ-nin qolkiperi atdan yıxıldı
29.05.2023 , 12:54

PSJ-nin qolkiperi Serxio Rikonun başına hadisə gəlib.
Korner.az xəbər verir ki, təcrübəli qapıçı atdan yıxılıb.
“Marca”nın xəbərinə görə, başından zədələnən futbolçu dərhal helikopterlə xəstəxanaya aparılıb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
