PSJ klubu seçim qarşısındadır
31.03.2019 , 19:19

Özünə yeni iş yeri axtaran Joze Mourinyo Fransanın PSJ klubu ilə danışıqlar aparır.
“Record” nəşri xəbər verir ki, portuqaliyalı baş məşqçisi yeni mövsümdən PSJ-nin sükanı arxasına keçmək istəyir. Lakin digər yandan fransız klubu Tomas Tuxeli əldən buraxmaq fikrində deyil. Onlar Tuxelin müqavilə müddətini uzatmaq niyyətindədir.
Qeyd edək ki, Joze Mourinyo “Mançester Yunayted” klubundan ayrıldıqdan sonra onun “Real”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
