Çempionlar Liqasında yeni era başlayır
31.03.2019 , 15:04

UEFA Çempionlar Liqasının formatında dəyişiklik edilə bilər.
Fransanın “L`Equipe” nəşri xəbər verir ki, qitənin bir nömrəli klub turnirində səthi dəyişikliklər olacaq. Nəşrin məlumatına görə, 2024-cü ildən etibarən, Çempionlar Liqası turniri 8 klubun yer alacağı 4 qrupdan ibarət olacaq. İlk 4 yeri tutan klublar mərhələ adlamış hesab olunacaq. Əgər UEFA yeni formatı təsdiqləsə, həm Çempionlar Liqasındakı görüşlərin sayı, həm də klubların gəlirləri artacaq.
