PSJ-dən yeni transfer həmləsi
14.05.2024 , 22:22
PSJ-nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, Fransa təmsilçisi “Napoli”nin hücumçusu Xviça Kvaratsxeliyanı gündəminə gətirib.
Fransızlar gürcüstanlı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır.
“Napoli” isə oyunçu üçün 120-130 milyon avro tələb edir.
Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ildən “Napoli”də oynayır.