PSJ-dən “Roma”ya
16.08.2023 , 14:36

“Roma” PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib.
Korner.az xəbər verir ki, 29 yaşlı argentinalı futbolçu ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Paredes 2014-2017-ci illərdə də Roma klubunun şərəfini qoruyub.
O, 2019-cu ildən PSJ-də çıxış edirdi.
