PSJ-dən gedir
11.03.2024 , 10:09

PSJ-nin futbolçusu Markinyos mövsümün sonunda klubu tərk edə bilər.
Korner.az xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi onun çıxışından razı deyil.
Bu səbəbdən klub rəhbərliyi oyunçunu göndərmək istəyir.
Kapitanın sözləşməsi 2028-ci ilin yayına qədərdir.
