"Milan"ın braziliyalı futbolçusu Tiyaqo Silva çərşənbə günü PSJ ilə rəsmi müqavilə bağlamaq üçün Fransaya yollanacaq.
Korner.az-ın məlumatına görə, Paris təmsilçisi müdafiəçi üçün 40-50 milyon arası avro ödəyəcək.
Qeyd edək ki, keçid baş tutacağı təqdirdə, PSJ Lavezzinin ardından ikinci transferini həyata keçirmiş olacaq.
