Millimizin baş məşqçisi Robert Prosineçki Sumqayıtda keçirilən “Futbol və Sağlam Həyat” adlı layihədə iştirak edib.
Korner.az-ın sportal.az-a istinadən verdiyi məlumatına görə, açıqlamasında Prosineçki bir sıra məsələlərə toxunub:
“Uşaq futbolunda belə layihələrin keçirilməsi təqdirəlayiqdir. Bu amil Azərbaycan futbolunun inkişafına təsir gəstərəcək”.
Klublarda yaranan maliyyə problemlərinə də toxunan baş məqşçsi bunları qeyd edib:
“Bəzi klublarda maliyyə problemininin yaşanmasından xəbərim var. Bilirəm ki, ”Bakı”, “İnter” və “Simurq”da çətinliklər var. Ümid edirəm ki, bu məsələ tezliklə həll olunacaq. Çempionat zəifləyəndə milli də zəifləyir. İnanıram ki, problemlər tezliklə aradan qalxacaq. Futbolda pul lazımdı. Pulsuz klub saxlamaq çətindi. Ümid edirəm ki, bu amil millinin oyununa təsir göstərməyəcək”.
