Azərbaycan Premyer Liqasında ilk 4 turu canlı izləyə bilməyən azarkeşlər artıq bu problemlə üzləşməyəcəklər.
Korner.az-ın məlumatına görə, Premyer Liqanın yayım problemi həll olunub. çempionatın oyunları “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Bu haqda kanalın rəsmi internet saytı məlumat yayıb. Bu gündən etibarən azarkeşlər çempionatın oyunlarını canlı izləyə biləcəklər.
