Premyer Liqanın iki futbolçusu zorlama ittihamı ilə saxlanılıb
25.04.2024 , 17:45

İngiltərə Premyer Liqasında çıxış edən iki futbolçu zorlama ilə bağlı ittiham olunur.
Korner.az xəbər verir ki, hər iki oyunçu aparılan istintaq çərçivəsində saxlanılıb.
19 yaşlı futbolçular polisin dindirilməsindən sonra zaminə buraxılıblar.
Hər iki oyunçunun çıxış etdiyi klub iddialara münasibət bildirməkdən imtina edib.
Futbolçuların və oynadıqları klubun adı ictimaiyyətə açıqlanmayıb.
