İngiltərə Premyer Liqasında 2012-2013 mövsümünün təqvimi məlum olub.
Korner.az-ın məlumatına görə, mövsümün 1-ci həftəsində son İngiltərə çempionu "Mançester Siti" liqanın yeni komandası "Soudemton"u qəbul edəcək. "Mançester Yunayted", "Everton"un qonağı olacaq. ÇL-nın qalibi "Çelsi" ilk həftədə "Uiqan" səfərinə yollanacaq. "Arsenal" isə doğma divarlar arasında "Sanderlend" ilə qarşılaşacaq.
Ümumilikdə 2012-2013 mövsümünün birinci həftəsinin təqvimi belədir:
"Everton" – "Mançester Yunayted"
"Fulhem" – "Norvis Siti"
"Mançester Siti" – "Soudemton"
"Nyukasl" – "Tottenhem"
"Kvins Park Reyncers" – "Svense Siti"
"Ridinq" – "Stok Siti"
"Vest Bromviç" – "Liverpul"
"Vest Hem" – "Aston Villa"
"Uiqan" – "Çelsi"