Ötən mövsüm Çempionlar Liqasında uğurlu çıxışı ilə yadda qalan Rusiya MOİK-nin 24 yaşlı futbolçusu Seydu Dombiya "Napoli"nin maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, aparıcı futbolçuları Lavezzini PSJ-yə satmağı düşünən Napoli şəhərinin eyniadlı komandası hücum xəttini kot d`ivuarlı forvardla doldurmaq fikirindədir. Artıq bununla bağlı İtaliya təmsilçiləri futbolçuya rəsmi təklif göndəriblər. "Napoli" Dombiya üçün 18 milyon avrosundan keçməyə hazırdı.
Transferin baş tutub-tutmayacağı yaxın günlərdə dəqiqləşəcək.