Bu həftə Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, bu qarşılaşmalar 2012-ci ilin son matçları olacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı qarşıdakı turda üz-üzə gələn cütlərin ölkə çempionatları tarixindəki əvvəlki qarşılaşmalarının balansını təqdim edir.
XVIII tur, 20 dekabr (cümə axşamı)
103. "Sumqayıt" (Sumqayıt) – "Kəpəz" (Gəncə)
+2=2-1, top fərqi – 8:6
"Sumqayıt" 6-cı dəfə qarşılaşacağı "Kəpəz"lə matçlarda cüzi üstünlüyə malikdir. Üstəlik Gəncə təmsilçisi səfər oyunlarında xala həsrətdi.
104. "Simurq" (Zaqatala) – "Rəvan" (Bakı)
+1=4-0, top fərqi – 5:3
Əvvəlki 5 matçın 4-də komandalar heç-heçə ilə kifayətlənib. Yeganə qələbənin "Simurq"un olduğu matçlarda "Rəvan" hələ 3 xal qazana bilməyib.
105. "Turan" (Tovuz) – "Qəbələ" (Qəbələ)
+3=2-10, top fərqi – 8:15
"Turan" 16-cı dəfə qarşılaşacağı rəqiblə son matçda qələbəni qazanan olsa da, üstünlük "Qəbələ"nin tərəfindədi. Tovuzlular son 4 ev matçında uduzmaqla yanaşı 5 qarşılaşmada qonaqların qapısına yol tapmayıb.
106. "Qarabağ" (Ağdam) – "Xəzər Lənkəran" (Lənkəran)
+9=4-10, top fərqi – 21:29
24-cü matç öncəsi üstünlük "Xəzər Lənkəran"ın tərəfindədir. Lakin 10-cu – yubiley qələbəsini qazanacağı halda ağdamlılar oyunların balansında tarazlıq yarada bilər. "Qarabağ"ın meydanındakı son 4 qarşılaşmada 1-dən artıq qol vurulmur.
22 dekabr (şənbə)
107. "Neftçi" (Bakı) – AZAL (Bakı)
+7=6-3, top fərqi – 23:11
"Neftçi" 17-ci paytaxt derbisi ərəfəsində həm qələbə, həm də top sayında öndədir. Son çempion öz meydanında ardıcıl 3 qələbə qazanıb.
108. "İnter" (Bakı) – "Bakı" (Bakı)
+11=7-13, top fərqi – 22:26
Artıq 31 dəfə paytaxt derbisində qarşılaşmış rəqiblərin duellərində üstünlük "Bakı"nın tərəfindədir. Amma son 3 oyunda onlar qələbə qazana bilməyib. Bundan başqa başa çatan son 5 matçda 1-dən artıq qol vurulmur.