“Kəpəz”dən qələbə, Zirədə heç-heçə
09.12.2023 , 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XVI turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
“Kəpəz” səfərdə “Qəbələ”nin qonağı olub 3:0 hesablı qələbə qazanıb. “Zirə” isə doğma arenasında “Araz-Naxçıvan”ı qəbul edib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
XVI tur
9 dekabr
15:00 Qəbələ – Kəpəz – 0:3
Baş hakim: İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
17:00 Zirə – Araz-Naxçıvan -0:0
Baş hakim: Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
