Azərbaycan Premyer Liqasında çıxış edən iki legioner Albaniya-Moldova oyununda üz-üzə gəliblər. Korner.az– ın məlumatına görə, matç 0-0 hesabı ilə yekunlaşıb. AZAL komandasının oyunçusu Artur Patras Moldova yığmasının heyətində 77 dəqiqə meydanda mübarızə aparıb. "Qarabağ"ın üzvü Albaniya yığmasının əsas heyətindəki yerini itirən Ansi Aqolli isə meydanda 73-cü dəqiqədə daxil olub.
