Premyer Liqa klubundan 60 milyonluq transfer?
12.04.2024 , 12:39

İtaliyanın “Bolonya” klubunda çıxış edən Coşua Zirkze karyerasını İngiltərədə davam etdirə bilər.
Korner.az-ın məlumatına görə, Zirkzenin xidmətlərindən “Aston Villa” maraqlıdı. Lakin Premyer Liqa klubu Zirkzenin transfer dəyərində endirim gözləyir.
Onun transfer dəyəri 60-70 milyon avro qiymətləndirilir.
