Premyer Liqa klubundan 55 milyon avroluq transfer
25.07.2023 , 13:34

“Aston Villa” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bayer”dən fransalı hücumçusu Mussa Diabini heyətinə cəlb edib.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Keçid üçün “Bayer”ə 55 milyon avro ödənilib.
