İngiltərə Premyer Liqa klublarından “Lester Siti” 42 yaşlı qapıçı transfer edib.
Korner.az-ın məlumatına görə, bunadək “Çelsi”nin formasını geyinən avstraliyalı qolkiper Mark Şvarzer bundan sonra “Lester Siti”nin şərəfini qoruyacaq.
Müqavilə şərtlərinə əsasən, “Lester Siti” ilyarım müddətinə müqavilə bağladığı Şvarzerə görə londonlulara pul ödəməyəcək.
