"Çalışmalıyıq ki, Lüksemburqla oyunda buraxdığımız səhvləri bu dəfə təkrarlamayaq. Lazım olan etmək üçün hələ 36 saat vaxtımız var və bundan istifadə etməliyik. Ümid edirəm ki, hazırlığımız yüksək səviyyədə olub".
Korner.az-ın məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu axşam öz meydanında Azərbaycan milli komandası ilə qarşılaşacaq Portuqaliya yığmasının baş məşqçisi Paulo Bentu oyunöncəsi mətbuat konfransında deyib.
Bentu: "Azərbaycanla oyunda taktiki dəyişiklik etməyi düşünürsünüz?" – sualına cavab olaraq bunu dedi:
"Öncə onu deyim ki, hədəf istənilən halda dəyişməyəcək və taktikadan aslı olmayaraq, meydançaya qələbə üçün çıxacağıq. Lüksemburq üzərindəki 2:1-lik qələbəni o qədər də bayram etmək niyyətində deyilik. Azərbaycan daha təhlükəli komandadır. O ki qaldı taktikaya, bizim ənənəvi taktikamız var: 4-3-3. Həmişə bu taktikamıza sadiq qalmışıq və Azərbaycanla oyunda da 4-3-3 taktikası ilə oynayacağıq. Qoy, rəqib bizə görə oynasın.
