Portuqaliya klubu onunla bağlı qərar verdi
20.03.2024 , 19:28

“Sportinq” hücumçusu Viktor Qyökeresinlə bağlı qərar verib.
Korner.az xəbər verir ki, klub futbolçunun maaşını artırmaq və yeni müqavilə imzalamaq istəyir.
Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
“Arsenal”, “Bavariya”, PSJ kimi komandaların radarında olan 25 yaşlı futbolçu bu mövsüm 39 matçda 36 qol vurub, 14 məhsuldar ötürmə ilə diqqət çəkib.
