Bu gün DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Portuqaliyada keçiriləcək Portuqaliya-Azərbaycan matçına böyük maraq var.
Korner.az-ın məlumatına görə, Braqa şəhərində oynanılacaq qarşılaşmaya artıq 30 mindən çox bilet satılıb. Satışların bir neçə saata qədər davam edəcəyini nəzərə alsaq, arenanın tam dolacağı istisna edilmir. Qeyd edək ki, oyunun keçiriləcəyi "Muniçipal" stadionunun tutumu 30286 nəfərdi
