Növbəti mövsüm üçün Premyer Liqada transfer dövrləri açıqlanıb.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, yay transfer dövrü 9 iyun – 31 avqust 2012-ci il tarixlərini, qış transfer dövrü isə 12 yanvar – 8 fevral 2013-cü il tarixlərini əhatə edəcək.
Klublar heyətlərinə cəlb etdikləri futbolçuları yuxarıda qeyd olunan tarixlərdə Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.