PFL transfer dövrlərinin vaxtını açıqlandı
10.06.2024 , 14:45

Azərbaycanda 2024/2025-ci illər mövsümü üçün transfer dövrlərinin vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Peşəkar Futbol Liqası 25 iyun 2024 – 16 sentyabr 2024 (16 sentyabr saat 23:59-dək) tarixlərini yay transfer pəncərəsi, 14 yanvar 2025 – 10 fevral 2025 (10 fevral saat 23:59-dək) tarixlərini qış transfer pəncərəsi elan edib.
