big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

PFL rəsmisi mətbuatı topa tutdu! Qalmaqal yaradacaq MÜSAHİBƏ!

11.07.2012 , 10:30

Dünən Avropa Liqasında iştirak edən iki klubumuzun PFL-in Premyer Liqa və Kubok yarışlarının Əsasnaməsini pozması haqda araşdırma yazısını diqqətinizə çatdırmışdıq. (dünənki yazını burdan oxu)
Məsələyə münasibət üçün PFL-in Mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə söhbətləşdim.
Müsahibə üçün vaxt dar olsa da, bizi maraqlandıran suala cavab ala bildim. Hətta, söhbət başqa məcraya da yönəldi. Aslan bəyin ürəyinin dolu olduğunu sezdim müsahibə əsnasında. Bəzən bir-birimizin sözünü eşitməz olduq, yarıda kəsdik. Amma illərdi tanıdığım Aslan bəyin səmimiyyətinə şübhə etmirəm. Müsahibəyə necə mehribanlıqla başlamışdısa – müsahibə əsnasında nə qədər əsib-coşsaq da – sonda yenə eyni mehribanlıqla sağollaşdıq.
Aslan bəy mənə idman jurnalistikamızın kənardan görünən simasını çəkdi. Təəssüf, dediklərindən razılaşdığım məqam da oldu. Amma jurnalist həmrəyliyi məsələsini nəzərə alıb, müsahibə əsnasında bu razılığı ona hiss etdirməməyə çalışdım…
 
– PFL-in Əsasnaməsini pozduqlarına görə “Bakı” və “İnter”ə qarşı sanksiya nəzərdə tutulubmu? Və konkret olaraq, o maddənin pozulmasına görə cəza nə olacaq?
– Gəl, belə başlayaq, Saleh bəy. Nəyə görə bu məsələ birdən-birə belə aktual oldu? KİV nümayəndələrini aparmayan kimi, yadınıza düşdü ki, “Bakı” Əsasnaməni pozub? Harda yazılıb ki, “Bakı” jurnalistləri aparmalıdır? Nəyə görə aparmalıdı? Kimə borcu var ki, aparsın?
 
– Xeyr, KİV nümayəndələriylə getməli olan PFL nümayəndəsi kənarda qalanda yadımıza düşdü. Biz jurnalistlərin aparılmamasının davasını etmirik, Aslan bəy.
– Bəs onda niyə ayın 5-də “İnter” səfərdə oynayanda heç yadınıza düşmürdü? Belə bir misal var, ilanı Seyid Əhməd əliylə tumaq. Sizin məsələniz buna oxşadı.
 
– İzah edim.
– Buyurun.
 
– “Bakı” ilə səfərə mən getməliydim. Siyahıda sizin də adınızı görmüşdüm.
– Bəli.
 
– Jurnalistlərin və Popxadzenin adı olan 22 nəfərlik siyahıda. Yəni o qrupa viza birlikdə alınmalıydı. Viza ala bilmədilər, yaxud almadılar – bunu müzakirə etmirəm. Fakt odu ki, o siyahıda olanların heç biri, o cümlədən siz də aparılmadız. Və sizin aparılmamağınız keçmişdən yaddaşımda illişib qalan məsələnin “toz”unu silkələdi. Axı illər əvvəldən bilirəm ki…
… – Əsas məsələ odu ki, siz ozünüz aparılmadığınıza görə Əsasnamə yadınıza düşdü eləmi?
 
– Yarışlara gedəndə klub mütləq bir AFFA (PFL) nümayəndəsi aparmalıdı. Mənim izahımı dinləmirsiz deyəsən…
– Bəs o “toz” nəyə görə “İnter” səfərdə oynayanda yadınıza düşmürdü?
 
– Bir də izah edirəm…
… – Nəyə görə ayın 5-də “İnter” səfərdə oynayanda bu məsələni qabartmadız?
 
– Sizin adınızı siyahıda görməsəydim, yəqin ki, yenə də yadıma düşməyəcəkdi.
– Çünki özünüz getməmisiz. Siz və bir neçə sayt. İndi də başlamısız “Bakı”nı tənqid etməyə. Bizdə bir bir misal var, lətifəsi sizdən və bizdən uzaq. Deyir, məscidin qapısı açıqdı, bəs itin vicdanına nə gəlib? Eşitdiyimə görə, “Bakı”ya 70-ə yaxın jurnalist müraciət edib…
 
… – Siz “Bakı”nın müdafiəçisi deyilsiz, Aslan bəy. Siz PFL rəsmisisiz və xahiş edirəm, məsələyə konkret münasibət bildirəsiz.
– Hansı əsasla, kimdi onlar? Ümumiyyətlə 1 il ərzində heç olmasa 1 dəfə də olsun çempionatimızın oyununda olublarmı? Nə oldu, yay gələndə üzə çıxır hamısı? “Poyezdka” iyinə yığışırlar? Mən “Bakı”nın vəkili deyiləm. Sizə sərf etmir mənim dediklərim.
 
– Aslan bəy, kim nəyə yığılır, özü bilər. Bunun sualıma heç bir aidiyyəti yoxdu.
– Mən klubların təmsil olunduğu bir qurumun rəsmisiyəm.
 
– Mən bu söhbəti olduğu kimi verəcəm saytda, narahat olmayın. Nöqtə-vergülünə toxunmadan verəcəm.
– Heç bir problem yoxdu verin.
 
– Siz klubların hüquqlarını müdafiə təşkilatı qurmusuz? Mən sualımı təkrar edirəm: Əsasnamənin pozulmasına görə sanksiya nəzərdə tutulurmu?
– Xeyr, sanksiya nəzərdə tutulmur.
 
– Deməli, Əsasnamə adi kağız parçasıdı?
– Əsasnamənin 3.13-cü maddəsində yazılıb belə bir şey, bəli. Klub da aparmaq istəyirdi. Hətta, pasportumu da almışdılar. Sadəcə olaraq müəyyən anlaşılmazlıq nəticəsində viza ala bilməyiblər.
 
– “Bakı” ilə məsələ aydındı. Bəs “İnter”? İskəndər Cavadov PFL-imi təmsil edir?
– “İnter” bizim nümayəndəmizi aparacaqdı. Sadəcə, nümayəndəmiz getmədi. Şəxsi işi olduğuna görə. Zamiq Hüseynov adli şəxs idi.
 
– Klubdan rəsmi dəvət varmı onun adına?
– Sifariş şəklində olub dəvət.
 
– Yəni PFL-in 4 nəfər işçisi yoxdu ki, 4 klubun avrokubok oyununa növbəylə getsin?
– Var. Yay olduğuna görə işçilər məzuniyyətdədilər.
 
– Ümumiyyətlə, neçə ştat vahidi var PFL-in?
– Kadrlar şöbəsiylə dəqiqləşdirib sizə məlumat verərəm.

Saleh Arslan

Son yazılar

To Top