PFL bombardirlərə xüsusi hədiyyələr təqdim etdi
29.05.2024 , 14:49

Azərbaycan 1-ci liqasında və Əvəzedicilər liqasında 2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla 1-ci liqada, “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov 30 qolla Əvəzedicilər liqasında mövsümünün ən sərrast futbolçusu seçilib.
Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.
