Premyer Liqanın aprel və may ayı üçün ən yaxşı futbolçularının adı rəsmən məlum olub.
Korner.az-ın məlumatına görə, ötən ayın ən yaxşısı "Bakı"lı Deyvidas Çesnauskis, may ayının ən yaxşısı isə "Xəzər Lənkəran"lı Eder Bonfim seçilib. Mükafat sahiblərinin hər birinə simvolik olaraq, 1111 manat veriləcək. Ancaq hər iki futbolçu vətənlərində olduğundan böyük ehtimalla məbləğ onların təmsil etdikləri klubların nümayəndələrinə təqdim olunacaq.
