"Xəzər Lənkəran" klubunun stadionunda U-17 qızlar arasında dünya çempionatının oyunlarının keçirilməsi ilə əlaqədar olaraq Premyer Liqada üç oyunun vaxtı dəyişdirilib.
Korner.az-ın məlumatına görə, PFL prezidenti Ramin Musayevin əmrinə əsasən üç görüşün vaxtı başqa tarixə keçirilib.
Premyer Liqanın VI turunun "Xəzər Lənkəran" – "Bakı" matçı 25 sentyabr 2012-ci il tarixindən 6 dekabr 2012-ci il tarixinə keçirilib.
"Xəzər Lənkəran" – "Bakı" matçı 6 dekabr 2012-ci il tarixinə təyin olunduğu üçün XVI turun "Simurq" – "Xəzər Lənkəran" matçı 8 dekabr 2012-ci il tarixindən, "Turan" – "Bakı" matçı isə 9 dekabr 2012-ci il tarixindən 10 dekabr 2012-ci tarixinə keçirilib.
