“Çelsi”nin qapıçısı Petr Çex növbəti mövsümdən karyerasını Londonun digər klubu “Arsenal”da davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu xəbəri “Daily Mail” yayıb.
Mənbədə deyilir ki, 33 yaşlı qapıçı artıq “Arsenal” ilə razılığa gəlib və müqaviləyə qol çəkib. Transferin qiyməti 11 milyon avro olduğu deyilir.
