big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Bakı-2015”: Daha bir samboçumuz medala həsrət qaldı – YENİLƏNİB

22.06.2015 , 16:09

Bu gün "Bakı-2015" I Avropa Olimpiya oyunlarında sambo yarışlarına start veriləcək.

Korner.az-ın məlumatına görə, ilk gündə 8 samboçumuz mübarizəyə qoşulacaq.

 
Sambo
22 iyun
 
Kişilər
 
57 kq
Həmyerlilərimiz İslam Qasımovun ilk görüşü 1/4 finala təsadüf edib. Rumıniyalı Orlando Qruia ilə görüşən samboçumuz asanlıqla qələbə qazanıb. Rəqibini 9:0 hesabı ilə məğlub edən İslam yarımfinalda Vaxtanqi Çidraşvili ilə mübarizə aparıb və döyüşünü üstün bitirib – 3:1.
 
“Neftçi İdman Klubu”nun üzvü finalda rusiyalı Aymerqen Atkunovla gücünü yoxlayıb. Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.
 
Bu, millimizin yarışda 37-ci mükafatıdı.
 
74 kq
Bu çəki dərəcəsində döşəyə çıxan təmsilçimiz Amil Qasımov ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda Tadey Cutuku (Sloveniya) məğlub edən Kaxa Mamulaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. İlk görüşünü 10:0 hesabı ilə öndə başa vuran idmançımız yarımfinala yüksəlib. Bu mərhələdə də inamlı çıxış edən Qasımov 1/2 finalda bolqarıstanlı Martin İvanovdan güclü olub – 4:3.
 
Amil qızıl medal döyüşündə Stepan Popovla (Belarus) qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. Döyüşün sonunda zədələnən və çıxışını davam etdirə bilməyən samboçumuz Oyunları 2-ci yerdə başa vurub.
 
Bu, sambo komandamızın 3-ü “gümüş”ü, ümumilikdə yığmamızın 38-ci medalı olub.
 
90 kq
Millimizin medal ümidlərindən olan Kənan Qasımov da mübarizəyə 1/4 finaldan start verib. O, debütdə ukraynalı İvan Vasilçuku sınağa çəkib. Qarşılaşma həmyerlimizin çətin qələbəsi ilə başa çatıb – 2:1. Qasımov yarımfinalda Alsim Çernoskulovla (Rusiya) güləşib. Təəssüf ki, Qasımov bu dəfə qalib gələ bilməyib və rusiyalı rəqib finalda iştirak hüququ qazanıb. Buna baxmayaraq, Kənan bürünc medal uğrunda çıxışını davam etdərəcək. O, döyüşə saat 20:40-da çıxacaq. 
 
+100 kq
Ölkəmizi təmsil edən Vasif Səfərbəyov da yarışa 1/4 finaldan başlayıb. Samboçumuz Bayro Maşoviçlə (Makedoniya) münasibətinə aydınlıq gətirib və asan qələbəyə sevinib – 8:0. Səfərbəyov yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyanla güləşib və rəqibində üstün olub. O, finalda Artyom Osipenko (Rusiya) ilə münasibətinə aydınlıq gətirəcək. Qarşılaşma saat 21:30-da olacaq.
 
Qadınlar
 
52 kq
Bu çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edib. İlk görüşü 1/4 finala təsadüf edən idmançımız Sodriana İonesku (Rumıniya) ilə üz-üzə gəlib. Qarşılaşma Xəlilova üçün elə də çətin alınmayıb və o, debüt qarşılaşmasını 4:1 hesabı ilə aktivinə yazıb. Xəlilova yarımfinalda litvalı Ruta Aksionova ilə qüvvəsini sınayıb. Bu görüşdə də üstün olan (8:0) həmyerlimiz finalda iştirak hüququ qazanıb.
 
"Neftçi İdman Klubu"nun üzvü çempionluq üçün Anna Xaritonova (Rusiya) ilə gücünü yoxlayıb. Təəssüf ki, samboçumuz uğurlu seriyasını davam etdirə bilməyib. Xaritonovaya 0:5 hesabı ilə məğlub olan Xəlilova gümüş medalla kifayətlənib.
 
Bu, yığmamızın Avropa Oyunlarında qazandığı 36-cı mükafat olub.
 
60 kq
1/8 final mərhələsindən azad olan Şəhanə Hüseynova 1/4 finalda Yana Kostenko (Rusiya) ilə qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə başa çatıb. Hüseynova 0:5 hesabı ilə uduzduğundan yarımfinala Kostenko vəsiqə qazanıb.
 
Buna baxmayaraq, rus samboçu növbəti görüşünü də qalib kimi bitirdiyindən Hüseynova təsəlliverici döyüşə qatılıb. O, bu mərhələdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. İlk döyüşdən fərqli, bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda yarışıb. Lakin Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələn təmsilçimiz məğlub olaraq, yarışı mükafatsız tərk edib.
 
 
64 kq
1/4 finaldan mübarizəyə qoşulan Fəridə Qurbanova ilk görüşündə moldovalı Yekaterina Sretu ilə görüşüb. Döyüş idmançımız üçün uğursuz alınıb və o, məğlubiyyətə üzülüb – 0:2.
 
68 kq
1/8 final mərhələsindən azad olan Nərminə Əlizadə də debutdə uduzub. Samboçumuz Olqa Namazova (Belarus) ilə bacarmayıb. Lakin onun rəqibi finalda mübarizə aparacağından Əlizadə bürünc medal uğrunda yarışacaq. Samboçumuz saat 21:02-də fransalı Kelin Konde ilə qüvvəsini sınayacaq.

Son yazılar

To Top