"Real"ın (Madrid) müdafiəçisi Pepe "Barselona" üzərində qələbədən sonra fikirlərini bildirib. Korner.az– ın məlumatıan görə, bu həftə Pepe üçün yaxşı başlamasa da, ardından bir-birindən xoş hadisələr onun həyatında baş verdi:
"Bu həftə heç də yaxşı başlamamışdı .Ancaq ardından, qizim dünyaya göz açdı. Üstəlik "Real"la birgə ardıcıl növbəti titulu qazandıq. Mən çox razıyam.
Oyuna yaxşı başladıq, belə də olmalı idi. Çünki biz ancaq qələbə üçün oynayırıq. Bizi dəstəkləyən azarkeşlərə ancaq qələbə yaşatmalıydıq. Sezonun əvvəlində belə nailliyyət qazanmaq əlavə stimuldur bizə, ancaq artıq başlamalıyıq xal yığmağa" – deyə Pepe bildirib.
