Braziliya futbolunun canlı əfsanəsi Pele Almaniya yığmasının "DÇ-2014"dəki şanslarını dəyərləndirib.
Korner.az-ın məlumatına görə, Pele almanların finala qədər irəliləyəcəyinə inandığını bildirib:
"Mən hələ mundialın əvvəlində Avropa komandalarından İspaniya və Almaniyanın dünya çempionu ola biləcəklərini demişdim. İspaniya ümidləri doğrultmadı. Ancaq almanların finala qədər irəliləyəcəyini inanıram. Yoahim Löv komanda üçün böyük işlər görür, yaxşı taktikası var. Yüksək səviyyəli məşqçi təkcə dünya çempionatında uğur qazanmamalıdır. Löv də belə məşqçilərdəndir. Düşünürəm ki, o, komandada işini davam etdirməlidir".