Braziliyanın “Koritians” klubunun azarkeşləri öldürülüb.
Korner.az-ın məlumatına görə, naməlum şəxslər 8 nəfər azarkeşi öldürüb.
Hadisə şahidlərinin dediyinə görə, silahlı şxslər azarkeşlərin banner hazırladığı bazasına daxil olaraq 7 nəfərə yerə uzanmağı əmr edib. Onların dediyini edən fanatların hamısı güllələnib. Bir nəfərə isə qaçmaq istəyərkən güllə tuş gəlib.
Bu hadisənin sifarişlə olduğu deyilir.
