Paytaxt klubu baş məşqçini göndərdi
14.04.2024 , 20:03
Rusiyanın “Spartak” klubu baş məşqçi Gilyermo Abaskalı istefaya göndərib.
Korner.az xəbər verir ki, buna komandanın uğursuz çıxışları səbəb olub.
Moskva təmsilçisi müvəqqəti olaraq Vladimir Slişkoviçə tapşırılıb.
34 yaşlı ispaniyalı mütəxəssis 2022-ci ilin yayından “Spartak”ı çalışdırırdı.