Madrid "Real"ının almaniyalı futbolçusu Məsut Özil Avropada 2011-2012-ci il mövsümünün məhsuldar ötürmə kralı ola bilər. Korner.az-ın məlumatına görə, qitənin aparıcı çempionatlarının dəyərləndirildiyi yarışda Almaniya yığmasının yarımmüdafiəçisi 33 matçda 17 məhsuldar ötürməyə imza atıb.
İkinci yeri 23 oyunda 15 qol ötürməsi "kral" klubunun digər futbolçusu Anxel Di Maria tutub. “Barselona”nın forvardı Lionel Messi üçüncü olub. O, 37 matçda cəmi 15 qol ötürməsi verib.
Qitənin aparıcı çempionatlarından yalnız Fransa Liqası tamamlanmayıb. Son turda “Lill”in belçikalı yarımmüdafiəçisi Eden Azar 3, “Marsel”in oyunçusu Matyö Valbuena isə 5 məhsuldar ötürmə verə bilməsə, Məsut Özil mövsümün asistent kralı olacaq.