“Gərgin oyunun şahidi olduq. Bir səhv bizim məğlubiyyətimizə səbəb oldu".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Çalışdırıcı azarkeşləri sevindirə bilmədikləri üçün üzüldüklərini dilə gətirib:
"Oyun haqqında danışılası bir məsələ yoxdur. Əsas üzüldüyüm azarkeşləri sevindirə bilməməyimiz oldu. Onlar oyun boyu bizi dəstəklədilər. Oyunsonrası penaltilər lotereyadır. Bizim bəxtimiz gətirmədi. Rəqibimizi qələbə münasibətilə təbrik edirəm”.
