big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Oyundan sonra bir neçə bakal pivə içməyə adət etmişdik” – MÜSAHİBƏ

14.01.2013 , 12:36

“Rəvan”ın qapıçısı Lukaş Sapelanın Polşa mətbuatına müsahibəsi

– Öncə aldığınız zədə haqda danışardınız. Necə oldu, bu, baş verdi?

– Mən başımdan aldığım zədəni təzəcə sağaltmışdım. Üçüncü oyunumun 20-ci dəqiqəsində ayağımdan zədələndi. Qapıdan irəli çıxarkən rəqib futbolçu ilə toqquşdum. Ayağım ağrımağa başlasa da, əvəzlənməyimi istəmədim. Lakin yalnız fasiləyə kimi dözə bildim. Ayağım artıq məni eşitmirdi. Ağrılara rəğmən, mən növbəti oyunda da komandaya kömək etməyə qərar verdim. Ağrıların keçmədiyini görəndə isə klubun həkimləri müayinəyə qərar verdilər. Orda ayağımda sınıqlar olduğu üzə çıxdı. Özümü saxlaya bilməyib qapıya yumruqla zərbə də endirdim ki, həkimlər bundan yaman qorxdular. Daha sonra isə göz yaşlarımı saxlaya bilmədim.

– Yəni siz ayağınızın sındığını ilk gündən bilmirdiniz?

– Xeyr. Mən məşqlərdə iştirak edirdim. Düşünürdüm ki, hər şey tezliklə yoluna düşəcək.

– Sizin oyunlara cəmi 250 nəfər adam gəlir. Bu, faciəvi göstərici deyil?

– Elədi. Futbol azarkeşlər üçün oynanılır. Amma burda belə problemlər var. “Neftçi” bu mövsüm Avropa Liqasında çıxış edirdi. O vaxt onların oyunlarına 15-20 min adam gəlirdi. Elə yığmanın da oyunlarına maraq böyük olur. Çempionat oyunlarına isə maraq çox azdı. Lakin inanın ki, iki ildən sonra burda hər şey tam fərqli olacaq.

– Burda belə söhbətlər dolaşırdı ki, Sapela ilə Burhard (“Simurq”un polşalı forvardı Marçin Burhard) üçüncü dünyaya gedib…

– Üçüncü dünya? Bu nə deməkdi? Bakıda normal yaşamaq üçün hər şey var. Paytaxtda 2-4 milyon aralığında insan yaşayır.

– Amma yenə də futbola maraq yoxdu…

– Bu ölkədə milli idman növü güləş hesab olunur. Onlar bu idman növündə Olimpiadada iki qızıl medal qazandılar.

– Bu düzdü ki, Azərbaycanda daha çox süni örtüklü meydançalarda oynayırlar?

– Bəli, bizim də stadionumuz süni örtüklüdü. Əlbəttə, bu zədə almaq riskini artırır. Amma Bakının iqlimi ilə təbii ot örtüyünü il boyu normal qaydada saxlamaq çox çətindi.

– Maliyyə problemi yoxdu ki?

– Xeyr. “Rəvan” həmişə məvacibləri vaxtında ödəyir. David Pietrzkieviçin oynadığı “Simurq”da da hər şey qaydasındadı.

– Polşadakından daha yaxşı pul verirlər?

– Bizim klublarda böyük problemlər var. Ona görə də yayda mənə dəvət gələndə, Azərbaycan klubunu seçməyə qərar verdim.

– Azərbaycanda sizi daha nə təəccübləndirdi?

– Polşada biz oyundan sonra bir neçə bakal pivə içməyə adət etmişdik. Amma Azərbaycanda belə deyil. Yerli futbolçular əsasən çay içməyə üstünlük verirlər. Bəziləri qəlyan çəkməyə çalışır. Bəziləri isə məscidlərə gedirlər.

– Təhlükəsizlik necədi? Deyirlər bir dəfə xuliqanlar Berti Foqtsa hücum ediblər…

– Xeyr, belə şey olmayıb. Amma klub prezidentləri arenaya gələndə, təhlükəsizlik işləri gücləndirilir. Əvvəllər mən Azərbaycanı yaxşı tanımayanda bura yalnız təhlükəsizliyə görə getmək istəmirdim. Amma sonradan gördüm ki, qorxulası heç nə yoxdu.

– Azərbaycan futbolunun əsas problemi nədən ibarətdi?

– Mən Azərbaycan futbolunun Polşadakından geri qaldığına əmin deyiləm. Deyin görüm bu mövsüm Polşanı avrokubokların qrup mərhələsində hansısa komanda təmsil edirdi? Yox. Amma Azərbaycan “Neftçi”nin çıxışı ilə nəfəs alırdı. Daha iki il sonra bu ölkənin futbolu daha da güclənəcək. Sadəcə, burda çox emosional hakimlər var. Biz polşalı hakimlərdən narazı qala bilərik. Amma azərbaycanlılarla müqayisədə bizim hakimlər Çempionlar Liqasına layiqdilər.

Son yazılar

To Top