FIFA “Qızıl top”un yeni sahibinin seçimi zamanı saxtakarlığa yol verib.
Korner.az-ın məlumatına görə, bu barədə xəbəri İspaniyanın "Marka" qazeti məlumat verib.
Xəbərdə bildirilir ki, qrum Ronaldoya verilən səsləri Messinin aktivinə dəyişərək yazıb. Belə ki, Çexiya və Braziliya millilərinin kapitanları Tomaş Rositski ilə Tyaqu Silva İtaliya millisinin hücumçusu Mario Balotelliyə səs verdiklərini bildiriblər. Lakin ali qrum bu futbolçuların verdikləri səsi Messinin aktivinə yazıb. Daha doğrusu ali futbol qurumu onların Messini hamıdan güclü saydıqlarını göstərib.
Bundan başqa, Qabon millisinin baş məşqçisi Paulo Duarte Ronaldoya səs verdiyini ancaq siyahıda Messinin birinci yazıldıqını bildirib.
Qeyd edək ki, Messi 4-cü dəfə "Qızıl top"a sahib çıxıb.
