big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

OVOVİVİPAR KÖPƏK BALIĞI (YAZI)

07.09.2012 , 07:56

Təxminən 400 milyon ildi ki, köpək balıqları mövcüddu. Bədənində sümük əvəzinə qığırdaq olan bu balıqlar suda çox çevik hərəkət edirlər.
Hazırda bütün dünyada 350 köpək balığı var, bunlardan ancaq 8 növü təhlükəlidi. Böyük köpək balıqları, böyüklüyünə baxmayaraq, mikroskopik canlılarla qidalanırlar. Köpək balıqlarının çoxalması 3 formada olur:
1. Ovipar – balıqlarda olduğu kimi, döllənmiş yumurtanı xaricə buraxır.
2. Vivipar – balalarını bədənində daşıyır.
3. Ovovivipar – döllənmiş yumurtanı bədəndə gəzdirir, vaxtı tamam olduqda xaricə buraxır.
İybilmə və eşitmə köpək balıqlarında güclü inkişaf edib. Onlar qan iyini 3 km-dən hiss edir. Ən zəif səsləri duyur, gəldiyi yolu təyin edə bilirlər.
 
***
 
Bir çox hallarda, Azərbaycanda dövlət dəstəkli mərkəzlərdə – məsələn, sırf dövlət şirkəti tərəfindən maliyələşən, onun himayəsində olan futbol klubunda işləmək adamdan balıqlara xas olan sürüşkənlik tələb edir. Bu, sadəcə ayağı sürüşkənlik deyil. Təbiətcə sürüşkən olmağı bacarmalısan… Dərini qalınlaşdırmış keçmişin, onu sürüşkən etmiş təcrübələrin olmalıdı. Belə xarakterik keyfiyyət adamın (oxu- köpək balığının) misal üçün, “Neftçi” kimi klubda hər-hansı postu tutmsı üçün kifayət edə bilər. Təbii ki, sənin “köpək balığı” imiciylə “Neftçi”də çalışmağın o klubda çalışanların hamısının “balıq” olması anlamına gəlməz…
 
***
 
AzTV sadəcə Almaniya, Fransa, İtaliya və başqa Qərb ölkələrində tüğyan edən siyasi-ictimai burulğanları anında, dəqiqəsində inkişafdan cırılmaq üzrə olan Azərbaycan cəmiyyətinə ötürən vasitə deyil. AzTV həm də köpək balıqları kimi ovipar, vivipar və ovovivipar üsullarla çoxalan dövlət orqanıdı.
 
***
 
İndilərdə qılınc qurşanıb jurnalistika meydanına atılmş, ölkəyə jurnalistika dərsi verən, AzTV şinelini jurnalistika məktəbi kaloritində təqdim edən Elnur Əşrəfoğlu, məncə, gerçək mahiyyətdə dövlət televiziyasının ovovivipar törəməsidir.
AzTV onu döllənmiş halda, hazır olana qədər bədənində gəzdirdi.
Elnur Əşrəfoğlu dövlət kanalının layiqli çalışanı idi. Rüşvət qarşılığı çəkiliş mexanizminin sadəcə icraçısı deyil, idarəçisi olmuşdu. İdman federasiyaları, tədbirlər, kanalın əməkdaşları tərəfindən mütamadi görüntülənirdi. Di gəl, əksər hallarda çəkiliş iştirakçılarına çəkilişin efirə gedəcək səviyyədə olmadığı deyilirdi. Əşrəfoğlu ilə danışılırdı, razılaşdırılan rüşvət məbləği yararsız çəkilişi keyfiyyətə gətirirdi. Beləcə Elnurun rəhbərliyi altında vivipar və ovipar üsulla yeni-yeni döllənmiş idman təmayüllü kadrlar buraxılırdı AzTV-nin bətnindən…
 
***
 
Əli Sahib “fanat.az” internet portalının sahibidi. Uzun müddətdi heç telefonlaşmırıq da. Onu idman jurnalisti saymaq üçün kifayət qədər tutarlı səbəblər var. “Fanat.az”dan əvvəl qəzetçiliklə məşğul olub. Əlindən gəldiyi qədər jurnalstika predmetinə uyğun informasiya mərkəzi idarə etməyə çalışır. Və ona da əminəm ki, idman içtimaiyyətində az-çox normal imici formalaşıb.
 
***
Gündüz Abbaszadə “Neftçi”nin mətbuatla əlaqələr yetkilisidi. Bu adamla həyatımda üst-üstə, cəmi 10 dəfə salamlaşmışam, ya yox. Telefon kitabçamda nömrəsi belə yoxdu. “Facebook”dakı dostlar siyahımda da deyil. Ancaq, sözün əsl mənasında jurnalist olub. ANS kimi jurnalistika meyarlarının ciddi şəkildə tətbiq (kanalın mövqeyi, tərzindən söhbət getmir) olunduğu TV-də işləyib. Məncə, peşəsinin xəyanətkarı deyil. Ortaq dostlarımız var və.s.
Ən önəmlisi, “Neftçi”yə gəlişinin “köpək balığı” tərzi ilə əlaqəsi yoxdu və o klubdakı funksiyası da bu obrazdan uzaqdı. Bizim kimi, normal sümüklü canlıdı. Qığırdaqlı, sürüşkən deyil.
 
***
 
Elnur Əşrəfoğlu Əli Sahib haqda yazı yazmışdı. Yazıdakı məsələ jurnalistika ölçü meyarları idi. “Mən jurnalistəm, özü də yaxşı jurnalist, sən isə yox” deyirdi, sabiq AzTV zəhmətkeşi. Üstündən keçdim. Birinci səbəb, elə özümün hazırda jurnalistikada olmamağım idi. İkincisi, mövzuya “üçüncü şəxsin təki” təyini ilə daxil olmaq istəməmişdim.
Əli Sahib, “Tahir Süleymanovun funiklyorun yanında aldığı çoxataqlı mənzil haqda Olimpiya Komitəsinin rəsmi portalında məlumat vermək” jurnalistikasının qarşısında susmalıydı. Nə işinə qalmışdı axı.
Əli Sahib səhv elədi.
Adam AzTV-nin bədənində döl olduğu vaxtlarda filan qədər beynəlxalq yarışlara gedib, filan qədər müsahibələr götürüb.
Adam deyir ki, jurnalist olub. Deyir ki, jurnalist ümumiyyətlə belə olmalıdı! İndi də müxtəlif idman yarışlarından müsahibələr hazırlayır.
Müsahibə götürən jurnalistlə özünü müqayisə etməməliydi, Əli Sahib. Ən azından onda “götürmək” vərdişi formalaşmamışdı axı… Əvvəl “götürməyi” öyrənməliydi.
 
***
Bu məsələnin sadəcə mənə deyil, peşəsinə qiymət verən, peşəsini əziz tutan bütün qələm əhlinə aidiyyatı var. Qığırdaqlı adamsimalar meydan sulamağa başlayan, jurnalistikadan danışanda məlum sual hamımızın qarşısında dayanır: onlar, onlardırlarsa, onda biz kimik?
***
 
Elnur Əşrəfoğlu “Neftçi”yə tapşırıqla gəlmişdi. Bu, gün kimi aydın məsələdi. AzTV-nin ovovivipar yolla əmələ gəlmiş məxluqu mənim üçün “ağ-qaralılar”da nə Məzahir Süleymanzadənin, nə də Səbuhi Səfiyarlının sələfi sayıla bilərdi, sayılmadı da. Sadəcə ona görə ki, klubun mediayla əlaqələri həddindən artıq bərbad şəkildə idarə olunurdu. Jurnalistlər “Neftçi”nin mətbuat xidmətindən xəbər almaq əvəzində, başqa mənbələrdə bazadakı sillələnmə hadisələri haqda eşidirdilər. Birinin vaxtaşırı sillə-təpiyə qonaq edildiyini öyrənirdik.
Bu qədər əzici situasiyadan çıxmaq üçün adam, sümüksüz, sürüşkən olmalıdı.
“AzTV jurnalistika mətkəbi” ovovivipar törəmələrini silləyə davamlı tərbiyə edib.
 
***
 
Olimpiya Komitəsinin orqanı olan sayt indi “Neftçi” əleyhinə, vitse-prezident Tahir Süleymanovu,  Gündüz Abbaszadəni hədəfləmiş hər yazını verməyə hazırdı. Hər kəsin yazısını…
Bir vaxt ölkənin idman jurnalistika sferasında “çaqqal” ayaması ilə boy göstərmiş üzdəniraqlar olsun, şou-biznes qəzetləri olsun, bulvar mətbuatı olsun, içtimai tualetlərin divar yazıları olsun, fərq etməz. Elnur Əşrəfoğlunun qərəzinə uyğun gələn hər şey məqbuldu. Bu yolda Əli Sahib, Gündüz Abbaszadə jurnalist siyahısından silindi. Sabah sıra başqalarına gələcək.
Ağıllarınca, jurnalist “Neftçi”nin lehinə yazı yaza bilməz. “Neftçi” rəsmisi komandanın uğurunda gündəmə gəlməməlidi…
Jurnalist nəsə, başqa cür, bizim bilmədiyimiz bir şeydir. Jurnalist Elnur Əşrəfoğludu. Elə mətbuat xidmətinin rəhbəri də o idi…
 
***
 
Gəldiyi yolu geri qayıtmağı bacarır qığırdaqsız köpək balıqları. Sümükləri olsaydı, bu qədər hərəkətli, bu qədər sürüşkən ola bilməzdilər.
 
***
 
“Köpək balığı” bu yazının altından da sürüşməyi bacaracaq!
Ancaq nəzərə almalıdı ki, biz jurnalistika ilə məşğul olmasaq da, jurnalistin jurnalist olub-olmadığını təyin etməyi bacarırıq.
Elnur, yaxşısı budu, çəkil, işlərinlə məşğul olur!

Son yazılar

To Top